Rusiya Ermənistan FHN üçün xəbərdarlıq sistemi qurur

Rusiya Ermənistan FHN üçün xəbərdarlıq sistemi qurur
# 01 dekabr 2014 09:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın “Rostex” Dövlət Korporasiyası Ermənistanla yeni layihələrin icrasına başlayır. APA-nın “Rostex” Dövlət Korporasiyasına istinadən verdiyi məlumata görə, 2015-ci ildə şirkət Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) bildiriş sxeminin yenidən qurulması layihəsinə başlayacaq. Ermənistan FHN-də Rusiyanın FHN və Daxili İşlər Nazirliyində istifadə edilən P-166M kompleksi əsasında xüsusi hazırlanmış yeni xəbərdarlıq sistemi qurulacaq.

Korporasiyanın tərkibinə daxil olan “Roselektronika” şirkətinin Kaluqa Teleqraf Aparatları Zavodu (KZTA) ilə Ermənistan FHN arasında imzalanmış müqavilə barədə məlumat verən şirkətin baş direktoru Andrey Zverev deyib ki, İrəvana təqdim edilən sistem dünyada öz unikal imkanları ilə fərqlənir. Sistem informasiyaları müxtəlif şəbəkələr və rabitə xətləri üzərindən operativ şəkildə yaymağa imkan verir. Rusiyada bu sistem 2014-cü ilin mart ayında qurulub.

Dövlət korporasiyasının məlumatında bunun Ermənistanda həyata keçirlilən ilk böyük layihə olmadığı qeyd edilib. Belə ki, “Roselektronika” şirkəti Ermənistanın “Armaeronaviqasiya” şirkəti ilə birgə 2013-cü ilin sonunda İrəvanın “Zvartnos” beynəlxalq aeroportunda Rusiya istehsalı olan avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzini, Ermənistan Silahlı Qüvvələrində istifadə olunan “Kamaz” avtomobilləri üçün xidmət kompleksini işə salıb. Ermənilərə məxsus “ASPAR Arms” şirkətinin nəzdində isə bu il “Kalaşnikov” Konserninin istehsal etdiyi ov və idman silahlarının təmiri üçün sertifikatlaşdırılmış xidmət mərkəzinin açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR