Ağdamda avtomobil dirəyə çırpılıb, 20 yaşlı sürücü xəsarət alıb

Ağdamda avtomobil dirəyə çırpılıb, 20 yaşlı sürücü xəsarət alıb
# 07 noyabr 2015 14:46 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, rayonun Əfətli kənd sakini Heydərov Cəmaləddin Fəxrəddin oğlu idarə etdiyi 90 ND 427 dövlət nömrə nişanlı, “VAZ – 21015” markalı maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Nəticədə 1995-ci il təvəllüdlü sürücü müxtəlif bədən xəsarətləri alıb. O Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR