Bakıda əvvəllər məhkum olunmuş şəxsdən silah-sursat götürülüb

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən silah-sursat götürülüb
# 01 iyun 2015 09:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakinində silah-sursat aşkar edilib.

APA-nın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində , Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Habil Mikayıl oğlu Əliyevdən AK-74, markalı avtomat, və içərisində 11 ədəd patron olan avtomat darağı götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR