«PricewaterhouseCoopers» Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə auditini keçirib

«PricewaterhouseCoopers»  Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə auditini keçirib
# 02 may 2013 14:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «PricewaterhouseCoopers» (PwC) beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

PwC şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR