Minskdə “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq müzakirə olunub

Minskdə “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq müzakirə olunub
# 17 aprel 2015 10:56 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Minskdə “Şərq tərəfdaşlığı” ölkələrinin mayda Riqada baş tutacaq sammitinə hazırlıq məsələləri müzakirə olunub.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda Belarus paytaxtında Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Belarusun xarici işlər naziri Vladimir Makeylə görüşüb.


Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının məqsədi ittifaq ölkələrinin Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarusa yaxınlaşmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR