İranda neft emalı zavodunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

İranda neft emalı zavodunda baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 07 iyul 2016 00:41 (UTC +04:00)

Bakı-APA. İranın Bəndər-Məhşəhr şəhərində neft emalı zavodunda baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.

Tələfat və zərərçəkənlər barədə rəsmi məlumat yoxdur. Lakin bir sıra yerli KİV-lər hadisə nəticəsində 2 nəfərin öldüyünü bildirib.

***

23:31

Bakı-APA. İranın Bəndər-Məhşəhr şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın neft məhsullarının sızması nəticəsində başlayıb.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, yanğının qarşısını almaq hələ də mümkün olmayıb. Hadisə nəticəsində zərərçəkən yoxdur, zavodun işçilərini vaxtında təxliyə etmək mümkün olub.

Qeyd edək ki, Bəndər-Məhşəhrdəki zavod neft və neft məhsullarını Avropa, Şərqi Asiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR