Gürcüstanda azərbaycanlıların qəbiristanlığında oğurluq olub

Gürcüstanda azərbaycanlıların qəbiristanlığında oğurluq olub
# 09 aprel 2015 17:16 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, faktla bağlı Ağtəhlə kəndindən olan 1 nəfər sakin saxlanılıb, həmin kənddə olan daha bir nəfərin isə ifadəsi alınıb.

Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov APA-ya açıqlamasında bu gün oğurluqla əlaqədar Qaratəhlə kənd sakinlərinin Qaçiani polis məntəqəsinin qarşısında etiraz aksiyası keçirdiklərini bildirib: "Aksiyada əsasən gənclər iştirak edib. Kənd sakinlərinin tələbləri ödəniləcək və cinayət törədən şəxslər qanun çərçivəsində ciddi şəkildə cəzalandırılacaqlar. Qəbir hasarlarını oğurlayanlardan biri artıq saxlanılıb və istintaq gedir".

Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev APA-ya açıqlamasında Qaratəhlə kəndinin qəbiristanlığında baş verən oğurluğa münasibət bildirib: "Hadisə ilə bağlı mən də həmin qəbiristanlıqda oldum və etiraz aksiyası iştirakçıları ilə görüşüb söhbət etdim. Əlbəttə, narazılıq edənlər haqlıdır, ən başlıcası, ortalıqda fakt var. Oğurluq edənlər artıq bəllidir. Hadisə yerində Rustavi və Qaçiani polis idarələrinin əməkdaşları kənd sakinlərinin köməyi ilə cinayət törədənləri yaxalayıblar. Onlardan biri 17-18 yaşlı gəncdir, digəri isə taksi sürücüsüdür. Ağtəhlə kəndindən olan gənc artıq saxlanılıb, taksi sürücüsü isə istintaqa ifadə verib və onun oğurluqda iştirakı təsdiqlənərsə, hər iki şəxs yaxın günlərdə məhkəmə qarşısında cavab verəcəklər", deyə Savalan Mirzəyev vurğulayıb.

Qeyd edək ki, oğurluq hadisəsi ilə bağlı Rustavi-2 televiziya kanalı da xəbər yayımlayıb. Televiziya görüntülərindən məlum olub ki, Gürcüstan parlamentinin sabiq parlament deputatı, hazırda Milli Hərəkat Partiyasının Qardabani şöbəsinin rəhbəri Ramin Bayramov da etiraz aksiyasında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR