AMEA Naxçıvan Bölməsinin sədri: “Azərbaycanda elmə ayrılan vəsait artırılmalıdır”

AMEA Naxçıvan Bölməsinin sədri: “Azərbaycanda elmə ayrılan vəsait artırılmalıdır”
# 19 dekabr 2014 12:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda elmə ayrılan vəsait bir qədər də artırılmalıdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün elmə ayrılan vəsait dövlət büdcəsinin 0,5%, bəzi hallarda 0,7%-ni təşkil edir: “Əgər elmdən yüksək nəticə gözləmək istəyiriksə, elmə ayrılan vəsait artırılmalıdır”.

İ.Hacıyev qeyd edib ki, Azərbaycan elmindən gözlənilən vəzifələr ona göstərilən diqqət və qayğı ilə həmahəng olmalıdır: “Elmlə təhsilin inteqrasiyası mütləq olmalıdır. Elm və təhsil ayrıca fəaliyyət göstərsə, lazımi nəticələr əldə etmək mümkün deyil. Bu gün Naxçıvanda elmi əməkdaşların yarısı ali məktəblərdə yarım ştat işləyir. Bundan əlavə, elmi dərəcəli şəxslərin hər biri həftənin bir günü məktəblərin birində dərs aparır. Bununla da təhsilin elmlə əlaqələri genişləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR