Zaqatalada xeyli sayda silah-sursat aşkarlanıb

Zaqatalada xeyli sayda silah-sursat aşkarlanıb
# 20 may 2015 20:00 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Sərhəd-Sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində 4 yerdə post qurulub, bu gün keçirilən tədbir nəticəsində xeyli sayda silah-sursat aşkarlanıb.

Belə ki, rayonun Aşağı Tala kənd inzibati ərazisində kolluq sahədə 1 ədəd avtomat Kalaşnikov silahı, 1 ədəd avtomat silahının sandıqçası, 1 ədəd 16 çaplı ov tüfəngi, 1 ədəd F-1 əl qumbarası, 30 ədəd “Makarov” tapancasının gülləsi və 30 ədəd 7,62 çaplı avtomat silahının gülləsi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, mayın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Əməliyyatın keçirilməsində əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR