İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin partlayış nəticəsində zədələndiyini açıqlayıb.
APA xəbər verir ki, məlumata görə, tankerlər boğazdan icazəsiz marşrutla keçməyə çalışarkən dəniz minalarına düşüb.
İran tərəfinin iddiasına əsasən, gəmilərdə partlayışlar baş verib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və tankerlərə dəyən ziyanın miqyası barədə məlumat verilməyib.