Beynəlxalq İdman Dırmanması Federasiyasının Avropa Komissiyasının prezidenti Bakıda işgüzar səfərdədir - FOTO

Beynəlxalq İdman Dırmanması Federasiyasının Avropa Komissiyasının prezidenti Bakıda işgüzar səfərdədir - <span style="color: red;">FOTO
# 24 aprel 2013 11:04 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSS) Avropa Komissiyasının Prezidenti Volfgang Vebel Bakıya işgüzar səfərə gəlib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə,İFSS-nin Avropa Komissiyasının Prezidenti V.Vebelin gəlişinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.

Səfər zamanı İFSC-nin Avropa Komissiyasının prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.

Qeyd edək ki, qonaq ilk təəssüratında İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSS-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSS-nin diqqətini cəlb etdiyini bildirib.

Eyni zamanda, səfər çərçivəsində Vebel Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə tanış olacaq.

Səfər eyni zamanda iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR