Bərdədə talvarda başlayan yanğın avtomobilə keçib

Bərdədə talvarda başlayan yanğın avtomobilə keçib
# 18 aprel 2015 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bərdədə avtomobil yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə rayonu, Qarağacı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və talvarın altında dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR