Barak Obama ABŞ-ın Gürcüstandakı səfiri postuna Rusiya üzrə mütəxəssisin namizədliyini irəli sürüb

Barak Obama ABŞ-ın Gürcüstandakı səfiri postuna Rusiya üzrə mütəxəssisin namizədliyini irəli sürüb
# 13 mart 2015 03:18 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yan Kelli hazırda Çikaqodakı İllinoys ştatının universitetində çalışır. O, 2007-2009-cu illərdə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunda Rusiya bölməsinə rəhbərlik edib. Diplomatik xidmətə keçməzdən əvvəl o 1985-ci ildə Kolumbiya Universitetində rus dilini öyrənib, bir müddət sonra isə Rusiyada və keçmiş SSRİ-nin bir neçə respublikasında, həmçinin Yuqoslaviyada çalışıb.

Prosedura əsasən, yeni səfiri Senat təsdiqləyir. Kellinin namizədliyi təsdiqlənəcəyi təqdirdə o bu vəzifədə Riçard Norlandı əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR