Bank Of Baku

Bakıda bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 04 aprel 2019 12:32 (UTC +04:00)

Aparılan təmir işləri ilə əlaqədar aprelin 4-dən 5-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ONA-ya verilən xəbərə görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.

AAYDA sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR