Sumqayıtda ev qarət edilib

Sumqayıtda ev qarət edilib
# 01 may 2013 07:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıt sakininin evi qarət edilib. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 9-cu mikrorayonda yaşayan Etibar Əliyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək evinin qarət edildiyini və mənzildən 6 min manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və hadisə baş verən evə baxış keçirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğuluq hadisəsinin üstü açılıb. Məlum olub ki, E. Əliyevin evini qarət edən onun qaynı Bəhruz Məmmədov olub. B. Məmmədov tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR