Azərbaycan banklarının ümumi aktivləri 17% artıb

Azərbaycan banklarının ümumi aktivləri 17% artıb
# 24 noyabr 2014 06:38 (UTC +04:00)

Bakı - APA-Economics. Cari il noyabrın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 23 mlrd. 936,2 mln. manat təşkil edir.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, banklar yanvar-oktyabr aylarında aktivlərini 17,4% artırıblar.

Noyabrın 1-nə bankların kredit qoyuluşları 17 mlrd. 316,3 mln. (18,9%-lik artım), məcmu kapitalı isə 3 mlrd. 997,7 mln. manat (23,6%-lik artım) təşkil edib.

Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 11,1% artaraq 7 mlrd. 5,4 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR