Ötən il 529 azyaşlı təhsildən yayınıb

Ötən il 529 azyaşlı təhsildən yayınıb
# 31 mart 2015 12:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2014-cü ildə təhsildən yayınan 529 azyaşlı məktəbə qaytarılıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun ölkədə insan alverinə qarşı mübarizəyə dair məlumatında bildirilir.

Uşaq əməyinə dair konvensiyalardan, eləcə də Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar Ombudsman təsisatı, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 272 uşağın yaşayış şəraitinin monitorinqi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR