"Aqrolizinq" nizamnamə kapitalını kəskin artırır

"Aqrolizinq" nizamnamə kapitalını kəskin artırır
# 23 sentyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Aqrolizinq” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 59 mln. 499,770 min ədəd, emissiyanın ümumi həcmi isə 118 mln. 999,540 min manat təşkil edir.

Hal-hazırda cəmiyyətin nizamnamə kapitalı 194 mln. 519,545 min manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, cəmiyyətin nizamnamə kapitalı 61,18% artaraq 313 mln. 519,085 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR