Azərbaycan paytaxtında buludlu və yağmurlu hava davam edəcək

Azərbaycan paytaxtında buludlu və yağmurlu hava davam edəcək
# 24 aprel 2013 10:01 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR