“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfransın iştirakçıları Qax və Şəkidə olublar - FOTO

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfransın iştirakçıları Qax və Şəkidə olublar - <span style="color: red;">FOTO
# 07 may 2015 07:04 (UTC +04:00)

Qax-Şəki. Vüqar Heydərov - APA. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfransın iştirakçılarının bir qrupu şimal-qərb bölgəsinə səfər çərçivəsində Qax və Şəki rayonlarında olublar.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, konfransın proqramına uyğun olaraq, tədbirdə iştirak edən xarici qonaqların bir qrupu, həmçinin təşkilatçı qurumların – Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçiləri Qax rayonu ilə tanışlığı geniş turizm potensialına malik olan İlisu kəndindəki tarixi məkanları ziyarətlə başlayıb.

Konfrans iştirakçıları daha sonra Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini, Qax şəhərində əsaslı təmir işləri davam etdirilən XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Cümə məscidini, “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Sonra Heydər Əliyev Mərkəzində rayon ziyalılarının iştirakı ilə toplantı keçirilib.

Azərbaycanşünaslığın aktual problemlərinə həsr olunan konfransın əhəmiyyətini xüsusi vurğulayan natiqlər Qax rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verib.

Tədbir çərçivəsində Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Qax rayonunun Qum kəndindəki Zakir Müslümov adına tam orta, Qəbələ rayonunun Nic qəsəbəsindəki 1 saylı və Zaqatala rayonunun Əliabad qəsəbəsindəki Adil Hacıyev adına 1 saylı tam orta məktəblər arasında “Qardaşlaşma sazişi”nin imzalanması mərasimi olub.

Daha sonra konfrans iştirakçıları Şəki şəhərinə gedib, Şəki xanlarının sarayı ilə tanışlıq olub.

Qonaqlar Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi və ziyalılarla görüşüb. Onlara Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın artıq 6-cı dəfə keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, builki konfransa 19 ölkədən 60-dan çox tədqiqatçı alim qatılıb.

Şəkiyə səfərləri çərçivəsində qonaqlar, həmçinin XVIII əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR