Bakıda həbsxanada cəza çəkən məhbusdan narkotik götürülüb

Bakıda həbsxanada cəza çəkən məhbusdan narkotik götürülüb
# 04 iyul 2015 15:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda həbsxanada cəza çəkən məhbusda narkotik vasitə aşkar edilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Həmin müəssisədə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddəsi ilə cəza çəkən 1977-ci il təvəllüdlü Mahir Cabir oğlu Novruzovun dolabından narkotik vasitə sayılan heroin götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR