Bakıda 34 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb - VİDEO

Bakıda 34 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 01 aprel 2015 23:59 (UTC +04:00)

APA-nın məlumatına görə, Qaradağ rayon sakini 34 yaşlı Günay Saday qızı Sadıqova Ələt qəsəbəsində yaşadığı evdə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan Günay Sadıqova qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda 10 bıçaq xəsarətinin olması müəyyən edilib. Zərbələrin çoxu daxilə nüfuz etdiyindən həkimlər Günay Sadıqovanın vəziyyətinin ağır olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Günayı keçmiş həyat yoldaşı bıçaqlayıb. Belə ki, hadisədən bir gün əvvəl Qaradag rayon məhkəməsinin qərarı ilə 3 uşaq anası olan Günay Sadıqova həyat yoldaşından rəsmən boşanıb. Bundan sonra keçmiş ər sərxoş vəziyyətdə Günayın yaşadığı mənzilə gələrək, orada onu bıçaqlayıb. O, daha sonra hadisə yerindən qaçıb.

Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR