Azərbaycanda kasko sığortası üzrə yığım 7%, ödəniş isə 4% azalıb

Azərbaycanda kasko sığortası üzrə yığım 7%, ödəniş isə 4% azalıb
# 18 may 2015 11:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb.

APA-Economics”in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu növ sığortadan toplanan sığorta haqqı 28,6 dəfə artaraq 306,7 min manat təşkil edib. Bundan başqa, sağalmaz xəstəliklərdən sığortada yığım 7,3 dəfə artaraq 137,2 min manat, peşə məsuliyyətinin sığortasında isə yığımlar 6,9 dəfə artaraq 516,3 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 9,3% artaraq 5,4 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 26,9% artaraq 4,1 mln. manat, səfər sığortasında 52,3% artaraq 768,2 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,7% dəfə artaraq 8,9 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 14% artaraq 14,9 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 2,4 dəfə artaraq 11,1 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12% artaraq 181,6 min manat, avtomobillərin icbari sığortasında isə 21,5% artaraq 22,6 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 26,6% artaraq 72,1 min manat təşkil edib.

4 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 31,5% azalaraq 203,7 min manata düşüb. Bundan başqa, auditorların peşə məsuliyyətinin icbari sığortasında yığım 30,2% azalaraq 2723 manat, işçilərin dələduzluğu sığortasında yığım 13,4% azalaraq 226,9 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 5,9% azalaraq 21,5 mln. manat, tibbi sığortada 2% azalaraq 37,5 mln. manat, avtomobillərin könüllü sığortasında 7,1% azalaraq 10,6 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 7,1% azalaraq 363,3 min manat təşkil edib.

Bu ilin yanvar-aprel aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın yaşam sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 11,5 dəfə artaraq 16,3 mln. manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 3,5 dəfə artaraq 942,2 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 2,8 dəfə artaraq 159,6 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 1% artaraq 378 min manat, tibbi sığortada 14,7% artaraq 16,9 mln. manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 14,1% artaraq 811,7 min manat, avtomobillərin icbari sığortasında isə 19,2% artaraq 10,4 mln. manat təşkil edib.

4 ay ərzində sığorta ödənişlərinin ən çox azalması əmlakın yanğından və digər risklərdən sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 85,7% azalaraq 771,5 min manat təşkil edib. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 80,9% azalaraq 2 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 78,9% azalaraq 62,3 min manat olub.

Sığorta ödənişlərinin məbləği səfər sığortasında 19,6% azalaraq 68,4 min manat, kasko sığortasında 4% azalaraq 8,4 mln. manat, daşınmaz əmlakın icbari sığortasında isə 51,5% azalaraq 320,1 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR