Azərbaycanda ilk dəfə “kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi əməliyyatı” həyata keçirilib - FOTO

Azərbaycanda ilk dəfə “kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi əməliyyatı” həyata keçirilib - <span style="color: red;">FOTO
# 22 sentyabr 2014 14:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda ilk dəfə olaraq “kateter vasitəsilə ürəyin aortal qapağının protezləşdirilməsi” (TAVİ) əməliyyatı icra edilib. Əməliyyat Mərkəzi Klinikada icra olunub.

Klinikadan APA-ya verilən məlumata görə, əməliyyat Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı, dos.dr. Kamran Musayev və komandası tərəfindən həyata keçirilib.

Kamran Musayev bildirib ki, TAVİ (transcatheter aortic valve implantation) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ-da 2007-ci ildən etibarən tətbiq olunur. Bu metod ciddi riskli qapaq xəstələri üçün bir ümid yeri, həyat qurtarıcı bir alternativ təşkil edir: “Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğunu düşündük və TAVİ metoduyla xəstəmizi müalicə etməyə qərar verdik. Lazımi hazırlıq proseduralarından sonra xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat üçün ciddi infrastruktura və kadr hazırlığı tələb olunur. İki ilə yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatları başlatmaq üçün hazırlaşırdıq. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları icra etməyə başlamışıq. Bu əməliyyatlar tam bir komanda işidir. Klinikamızda da kardioloqlar, kardiocərrahlar, anestezioloqlar və reanimatoloqların birgə əməyi nəticəsində TAVİ əməliyyatını icra edə bildik. Xüsusi kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal qapağı implantasiya etdik. Açıq ürək əməliyyatına, ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan əməliyyatı uğurla başa vurduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR