Berti Foqts milli komandaya 24 futbolçu çağırıb

Berti Foqts milli komandaya 24 futbolçu çağırıb
# 15 avqust 2014 15:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 20-də Özbəkistanla keçiriləcək yoxlama oyununa 24 futbolçu çağırılıb.
“Qarabağ” və “Neftçi” Avropa Liqasının pley-off mərhələsində mübarizə apardığından, yığmaya futbolçu verə bilməyib. Bu üzdən də almaniyalı baş məşqçi Berti Foqts daha çox yenilərə şans verib.

Belə ki, milliləşən legionerlər Emin Nouri, Məhəmməd Mirzəbəyov və Kiyan Soltanpur ilk dəfə əsas yığmaya çağırılıblar.
Onlar avqustun 20-də "Bakcell Arena"da baş tutacaq görüşlə əlaqədar ayın 17-dən bir araya gələcək. "Simurq", "Qəbələ" və "Araz-Naxçıvan" klublarının futbolçuları, həmçinin Tuğrul Erat, Dmitriy Nazarov və Emin Nouri təlim-məşq toplanışında avqustun 18-dən iştirak edəcəklər.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”);

Müdafiəçilər: Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Karşiyaka”, Türkiyə), Elnur Allahverdiyev (“Qəbələ”), Emin Cəfərquliyev (“Araz-Naxçıvan”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə), İlkin Qırtımov, Əli Gökdemir (hər ikisi “Simurq”);

Yarımmüdafiəçilər: Emin Nouri (“Kalmar”, İsveç), Məhəmməd Mirzəbəyov, Abdulla Abasıyev (hər ikisi “İnter”), Əfran İsmayılov, Rahid Əmirquliyev (hər ikisi “Xəzər Lənkəran”), Ruslan Abişov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Taşkın İlter (“Ayntraxt”, Braunşveg, Almaniya);

Hücumçular: Vaqif Cavadov (“Qaziantep BB”, Türkiyə), Rauf Əliyev (“Xəzər Lənkəran”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfat Dadaşov (“Svaybrüken”, Almaniya), Tuğrul Erat (“Fortuna” Düsseldorf, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Kiyan Soltanpur (“Sumqayıt”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR