Gürcüstan AYİB-dən 5 milyon dollarlıq qrant alıb

Gürcüstan AYİB-dən 5 milyon dollarlıq qrant alıb
# 01 may 2015 19:27 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan 5 milyon dollarlıq qrant alıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın maliyyə nazirliyindən bildirilib. Məlumata görə, alınan vəsait ölkənin regionlarında bələdiyyə infrastrukturu və xidmətlərin təkmilləşdirilməsi layihəsi üçün xərclənəcək.

Nazirliyin məlumatına görə, bu gün Avropa Yenidənqurma və İnkişaf Beynəlxalq Bankı (AYİB) və Gürcüstan maliyyə nazirliyi arasında qrant müqaviləsi imzalanıb. Sənədi Gürcüstan maliyyə naziri vəzifəsini icra edən Nodar Xaduri və Cənubi Qafqaz üzrə Dünya Bankının regional direktoru Henri Keral imzalayıblar.

Henri Keral jurnalistlərə açıqlamasında layihənin vacibliyini və Gürcüstanda müxtəlif sahələrdə, o cümlədən biznesin inkişafını təmin edəcəyini, infrastruktur, su təchizatı və regionlarda enerji təchizatının yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR