Azərbaycanın müdafiə naziri Qazaxıstan Müdafiə Universitetində olub - FOTO

Azərbaycanın müdafiə naziri Qazaxıstan Müdafiə Universitetində olub - <span style="color: red;">FOTO
# 04 noyabr 2015 13:05 (UTC +04:00)

Bakı - APA. Qazaxıstan Respublikasına rəsmi səfəri davam edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 4-də Müdafiə Universitetində olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri Qazaxıstanın Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarına, kafedralarına, İmitasiya Modelləşdirmə Mərkəzinə baş çəkib. O, fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub.

Azərbaycanla Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR