Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 4%-dək artırıla bilər

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 4%-dək artırıla bilər
# 22 sentyabr 2015 12:28 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılır.

Sənəddə qeyd olunub ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 118 manat məbləğində gözlənilir.

Xatırladaq ki, 2015-ci ildə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR