“Unibank” Müstəqillik günü münasibətilə müştərilərinə sürpriz hazırlayıb

“Unibank” Müstəqillik günü münasibətilə müştərilərinə sürpriz hazırlayıb
# 17 oktyabr 2014 08:34 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank” 18 oktyabr Milli Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib, cansağlığı, firavan həyat və müstəqilliyin əbədi olmasını arzulayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə işindən, peşəsindən asılı olmayaraq hər kəs 18 oktyabrda “Unibank” filiallarına dəvətlidir. Sürprizin nədən ibarət olduğunu da elə filiallara gələndə biləcəksiniz.

İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR