Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib - FOTOSESSİYA

Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2014 09:29 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Oktyabrın 23-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edir. Qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirir. Bu yarışda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Rusiya, Polşa, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan 12 qadın və 12 kişi idmançı iştirak edir. Həmçinin, bu gün kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən öncə bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.

Qeyd edək ki, yarışlar oktyabrın 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR