Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq - VİDEO

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq - <span style="color: red;">VİDEO
# 30 aprel 2015 10:49 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 1-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR