Ucarda evdə yanğın olub

Ucarda evdə yanğın olub
# 16 dekabr 2014 10:43 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün 11:30 radələrində rayonun Qazyan kəndində, kənd sakini, 1955-ci il təvəllüdlü Abdullayev Rasim Məhəmməd oğluna məxsus 2 mərtəbə, 3 otaqdan ibarət evdə qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Nəticədə 90 kvadratmetrlik evin 15 kvadratmetrlik 1 otağı və çardaq hissəsi tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Ev sahibi və uşaqlar məktəbdə olduğundan hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib. Ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR