Azərbaycanda qadından “surroqat ana” kimi istifadə insan alveri hesab olunacaq

Azərbaycanda qadından “surroqat ana” kimi istifadə insan alveri hesab olunacaq
# 15 aprel 2013 14:34 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən bununla yanaşı köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Layihə Milli Məclisin aprelin 19-da keçirilən iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR