Azərbaycanda sənaye istehsalı I rübdə 2% azalıb

Azərbaycanda sənaye istehsalı I rübdə 2% azalıb
# 15 aprel 2013 11:10 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9% artaraq sənaye məhsulunun 19,2%-ni təşkil edib, neft sektorunda isə məhsul istehsalı 2,9% azalıb.

Sənaye məhsulunun 6,4 mlrd. manatlı və ya 75%-i mədənçıxarma bölməsində, 1,6 mlrd. manatlı, yaxud 18,4%-i emal bölməsində, 523,2 mln. manatlı və ya 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 46,3 mln. manatlı, yaxud 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR