Bakıda axtarışda olan 3 nəfər saxlanılıb

Bakıda axtarışda olan 3 nəfər saxlanılıb
# 28 iyul 2014 16:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dələduzluq faktı ilə bağlı axtarışda olan 3 nəfər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu, Nəsimi və Nizami rayon polis idarələrinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - 1973-cü il təvəllüdlü Ziyad Babayev, 1978-ci il təvəllüdlü Seyhun Əhmədov və 1969-cu il təvəllüdlü Rizvan Kərimli tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR