Cəbhədə gərginlik səngimir, atəşkəs rejimi müxtəlif istiqamətlərdə 73 dəfə pozulub - VİDEO

Cəbhədə gərginlik səngimir, atəşkəs rejimi müxtəlif istiqamətlərdə 73 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 25 noyabr 2014 06:40 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR