«Kapital Bank» 100 mln. dollarlıq istiqraz emissiyasına hazırlaşır

«Kapital Bank» 100 mln. dollarlıq istiqraz emissiyasına hazırlaşır
# 30 aprel 2013 11:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Kapital Bank» ASC-nin faizli sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 75 min ədəd, emissiyanın ümumi həcmi isə 75 mln. manat (təqribən 95,6 mln. ABŞ dolları) təşkil edir. Emissiya qapalı təklif üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR