İranda 1 nəfər edam edilib

İranda 1 nəfər edam edilib
# 01 may 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Sistan və Bəlucistan vilayətində növbəti gizli edam həyata keçirilib. APA-nın məlumatına görə, 1 nəfər məhbus qətldə günahlandırılaraq dara çəkilib.

28 yaşlı Həmid Xoşnam 2,5 ildir Zahidan şəhərinin mərkəzi həbsxanasında cəza çəkirmiş. Məhbus ailəvi münaqişə zəminində bir nəfəri qətlə yetirdiyinə görə edam cəzasına məhkum edilib. H.Xoşnam barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 28-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, ikisi qadın olmaqla 4 nəfər Dezful, 4 nəfər Kirman, 3 nəfər Bəm, 3 nəfər Urmiya, 2 nəfər də Vəramin şəhərində dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR