Azərbaycanda bankomatlardan oğurluq edən Hindistan vətəndaşlarına hökm oxunub

Azərbaycanda bankomatlardan oğurluq edən Hindistan vətəndaşlarına hökm oxunub
# 24 iyul 2014 14:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Hindistan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Nadarzah Tamilasalam 8 il, Raqub Kuşor 9 il, Arzunumaran Taramasin 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər bankomatlardan pul oğurlamaqda təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR