Azərbaycan Qazaxıstanda logistika mərkəzi yaradacaq

Azərbaycan Qazaxıstanda logistika mərkəzi yaradacaq
# 17 aprel 2013 09:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qazaxıstanda logistika mərkəzi yaratmaqda maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın 150-dən çox ölkə ilə ticarət əlaqəsi mövcuddur və Azərbaycanın əsas ticarət partnyorlarından biri məhz Qazaxıstandır: «Azərbaycanın dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan xarici ölkələrlə ticarət əlaqələrini bir qədər də genişləndirəcək. Eyni zamanda, prezident tapşırıb ki, Azərbaycan xarici ölkələrdə logistika mərkəzləri yaratsın. Qazaxıstanın qərb regionu, o cümlədən Aktau şəhəri Azərbaycan üçün cəlbedicidir və biz Qazaxıstanda logistika mərkəzlərinin yaradılmasında maraqlıyıq».


N.Səfərov əlavə edib ki, bu istiqamətdə tərəflər arasında konkret danışıqlar aparılacaq: «Azərbaycan Qazaxıstanla əlaqələrin və əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Düşünürəm ki, sözügedən logistika mərkəzlərinin yaradılması iki ölkə arasında mövcud əməkdaşlığın inkişafına təkan verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR