Türkiyədə kömür mədənində uçqun nəticəsində 20-dək fəhlə yerin altında qalıb

Türkiyədə kömür mədənində uçqun nəticəsində 20-dək fəhlə yerin altında qalıb
# 28 oktyabr 2014 18:53 (UTC +04:00)

APA-nın məlumatına görə, əyalət qubernatoru Murat Koca bildirib ki, hadisə baş verdikdən sonra 20-dək fəhləni şaxtadan çıxararaq xilas etmək mümkün olub. Onun sözlərinə görə, mədəndə su borusunun zədələnməsi nəticəsində suyun səviyyəsi artıb, bu isə şaxtanın uçmasına səbəb olub.

Hadisə yerinə energetika və nəqliyyat nazirlərinin gəldiyi bildirilir. Türkiyə prezidenti qubernatorla telefon əlaqəsi yaradaraq hadisə yerindəki vəziyyətlə maraqlanıb.

Mədən nümayəndəsi Şahin Uyar “CNNTürk”ə bildirib ki, hadisə nəticəsində şaxtanın 50 m hissəsi su altında qalıb. Mədəndə 18 fəhlənin qaldığını bildirən Uyar qəza baş verdiyi an şaxtada olan 26 fəhlədən 8-i dərhal hadisə yerini tərk edərək xilas oluna bilib. Mütəxəssislər yerin altında qalmış fəhlələrin sağ qalma ehtimalının az olduğunu bildirir. Şahin Uyar Somada baş vermiş faciədən sonra aparılmış yoxlamalar nəticəsində mədəndə işlər 1 ay əvvəl dayandırılıb, lakin 15 gün öncə burada fəaliyyət bərpa olunub.

Hazırda xilasetmə əməliyyatı davam edir. Xilasedicilər 3 istiqamətdən şaxtaya daxil olub.

Xatırladaq ki, bu ilin mayında Türkiyənin qərbindəki Soma şəhəri yaxınlığında kömür mədənində baş vermiş qəza nəticəsində 301 fəhlə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR