Azərbaycan Budapeştdə keçirilən beynəlxalq kitab festivalında iştirak edəcək

Azərbaycan Budapeştdə keçirilən beynəlxalq kitab festivalında iştirak edəcək
# 16 aprel 2013 13:35 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 18-21-də Budapeşt (Macarıstan) şəhərində XX Beynəlxalq Kitab Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq kitab sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və "Azərnəşr"in direktoru Azər Mustafazadə təmsil edəcəklər.

Sərgidə nazirlik tərəfindən 12 kv. m-lik sahə icarəyə götürülərək stend qurulub. Burada Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, inkişaf edən nəşriyyat-poliqrafiya imkanları, tarixi həqiqətləri, turizm potensialı haqqında 200-dən çox adda kitab və reklam çap məhsulları nümayiş olunacaq.

Sərgidə "Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimatı keçiriləcək, "Müstəqillik illərində (1993-2013) Azərbaycanda kitab sənətinin inkişafı" adlı panel təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR