Qırğızıstan parlamentinin sabiq deputatı “İŞİD”ə dəstək verməkdə təqsirləndirilərək saxlanılıb

Qırğızıstan parlamentinin sabiq deputatı “İŞİD”ə dəstək verməkdə təqsirləndirilərək saxlanılıb
# 20 iyul 2015 09:18 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Qırğızıstan parlamentinin sabiq deputatı “İslam Dövləti” (“İŞİD”) terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilərək saxlanılıb.


APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

"Saxlanılan şəxs pul vəsaiti və silah-sursat vasitəsilə terrorçu qruplaşmaya yardım edib", deyə məlumatda bildirilir.

Saxlanılan şəxsin adı istintaq sirri olduğuna görə açıqlanmır. Yalnız o məlumdur ki, həmin şəxs parlamentdə "Ak Jol" iqtidar fraksiyasına daxil olub.


Sabiq deputat Bişkek hava limanında, ölkəni tərk etmək istəyərkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR