BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarının adı bəlli olub

BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarının adı bəlli olub
# 12 noyabr 2015 00:43 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun italiyalı Filippo Qrandini BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarı təyin edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Filippo Qrandi 2010-2014-cü illərdə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin baş komissarı olub. Müxtəlif illərdə F.Qrandi BMT-nin Əfqanıstan, Sudan, Suriya, Türkiyə və İraqdakı nümayəndəliklərində çalışıb, həmçinin Keniyada, Benində, Qanada, Liberiyada, Konqo Demokratik Respublikası və Yəməndə humanitar əməliyyatlara rəhbərlik edib.

Qeyd edək ki, 2005-ci ildən etibarən BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı portuqaliyalı Antoniu Qutyerreşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR