Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Reyhanlıda terror aktını törədənlərdən daha birini saxlayıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, 2013-cü ildə Reyhanlıda terror aktını törətməkdə təqsirləndirilən suriyalı Ömər əl-Hatip Türkiyə kəşfiyyatı tərəfindən saxlanılıb.
Qeyd edək ki, 2013-cü il mayın 11-də Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonunda törədilən iki ayrı-ayrı terror aktı nəticəsində 53 nəfər ölüb, çox sayda mülki şəxs yaralanıb.