Dövlət Məşğulluq Xidməti 19 minə yaxın vətəndaşı işlə təmin edib

Dövlət Məşğulluq Xidməti 19 minə yaxın vətəndaşı işlə təmin edib
# 17 sentyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, məşğulluq orqanlarında qeydiyyata alınan və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 885 nəfəri idarə, müəssisə və təşkilatlarla bağlanan müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb edilib. Qeyd olunan dövrdə DMX tərəfindən 2 157 nəfər şəxs kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar.

Yanvar-avqust aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 2 671 nəfər müvəqqəti xarakterli, o cümlədən birdəfəlik, qısa müddətli, mövsümi işlərə göndərilib. Həmçinin DMX tərəfindən 62 670 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR