Zaqatalada Heydər Əliyev Mərkəzi açılıb

Zaqatalada Heydər Əliyev Mərkəzi açılıb
# 04 noyabr 2015 10:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı Mərkəzin binasının ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub, sonra binanın rəmzi açılışını bildirən lenti kəsib.

Binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Mərkəzin binası ilə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR