Hüquq müdafiəçiləri istintaq təcridxanasında baş verən ölüm faktını araşdırıblar

 Hüquq müdafiəçiləri istintaq təcridxanasında baş verən ölüm faktını araşdırıblar
# 03 noyabr 2015 11:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıblar.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, noyabrın 2-də saat 16:40 radələrində yol qəzası törətməkdə təqsirləndirilən Əhmədov Fizuli Mahal oğlu İstintaq təcridxanasına gətirilib. Həmin gün saat 22:10-da qəflətən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılan F. Əhmədov noyabrın 3-də saat 05:45 radələrində xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR