Türkiyədə mədəndə uçqun altında qalan 1 nəfər ölüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu səhiyyə naziri Kamal Memişoğlu bildirib.
***
16:17
Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.
Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.