Novruz Məmmədov: "Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Avropa İttifaqının müvafiq strukturlarının bəyanatları artıq hazırdır"

Novruz Məmmədov: "Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Avropa İttifaqının müvafiq strukturlarının bəyanatları artıq hazırdır"
# 05 sentyabr 2015 09:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan hökuməti parlament seçkiləri ilə bağlı bəyanatların Avropa İttifaqının müvafiq strukturlarında əvvəlcədən hazırlandığı barədə məlumat əldə edib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

“Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR